03 sentyabr 2018 15:36
1225

Tanınmış müğənni: İstəyirəm 30 övladım olsun

Türkiyəli müğənni Davud Güloğlu televiziya verilişində qonaq olub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, müğənni özəl həyatı haqqında danışıb: "İmkanım olsa, 30 uşaq atası olaram. Molla kəbini ilə də uşaq sahibi olmaq olar".

Güloğlu qeyd edib ki, qeyri-qanuni uşaq sahibi olmağın əleyhinədir. O, yenidən evlənmək və övlad sahibi olmaq istədiyini qeyd edib: "İmkanım olsa, 30 uşaq istəyirəm. Amma bu, həm molla kəbini, həm də rəsmi nikahla olmalıdır".

Davud Güloğlu özündən 22 yaş kiçik sevgilisi Nəslihan Aksu ilə xoşbəxt olduğunu bildirib:

"Sevgilimin ailəsi münasibətlərimizi qəbul etsin deyə 2 ildir ki, hər gün evinə çiçək göndərirəm".