03 sentyabr 2018 21:40
1416

SOCAR 2008-2017-ci illərdə Kulevi Terminalına 96 mln. dollar yatırıb

2008-2017-ci illər arasında “Black Sea Terminal” - Kulevi Neft Terminalına 96 mln. ABŞ dolları sərmayə yatırılıb.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın "2017-cü il üzrə illik hesabatı"nda qeyd olunub.

Bu məbləğin 10 mln. dolları 2017-ci ilin payına düşüb.

2008-2017-ci illər ərzində terminal vasitəsilə daşınan məhsul həcmi isə 23 mln. ton olub. 2017-ci il ərzində bu göstərici 1 606 354 ton təşkil edib.

“Black Sea Terminal” - Kulevi Neft Terminalı 2008-ci ildən etibarən istismara verilib. Məlumata görə, istismara qədər investisiya xərcləri 233 mln. dollar həcmində olub.

Terminal Azərbaycan və Orta Asiya regionundan neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub.