Myanmarda müsəlmanların qətliamını araşdıran jurnalistlərə 7 illik həbs cəzası verildi
Rohinqya müsəlmanlarının qətliamı ilə bağlı reportaj hazırlayan, araşdıran və ötən ilin dekabrında həbs olunan Wa Lone və Kyaw Soe Ooya 7 illik həbs cəzası verilib.
“Röyters” agentliyinin əməkdaşı olan hər iki jurnalist dövlət sirlərini yaymaqda günahlandırılaraq 7 illik həbs cəzasına məhkum ediliblər. Wa Lone 32, Kyaw Soe Oo isə 28 yaşındadır və hər ikisi dekabr ayından indiyədək Yanqonda yerləşən həbsxanada saxlanılırlar və buda öz növbəsində beynəlxalq qəzəbə səbəb olur.
Qeyd edək ki, jurnalistin bu araşdırması cənub -şərqi Asiya ölkələrində demokratiyaya doğru atılan ilk addımlardan biri hesab olunur.
Hakim Ye Lvin onların əllərindəki gizli saxlanılan sənədlərin dəfələrlə digər həmkarlarına ötürməyə çalışdıqlarını və Wa Lone və Kyaw Soe Ooyanın özlərini normal jurnalist kimi aparmadıqlarınıbildirib.
Wa Lone polis tərəfindən həbs olunarkən heç nədən qorxmadığını, heç bir səhv etmədiyini, ədalətin, demokratiya və azadlığın öz yerini tapacağını bildirib. Kyaw Soe Oo isə polis onu ərazidən götürənə qədər həyat yoldaşını qucaqlayaraq ona təsəli verib.
“Röyters” agentliyi bu hadisənin ölkədəki vəziyyətin acınacaqlı olduğunu birdaha təsdiqlədiyini bildirib. Agentliyin baş redaktoru Stefen Adler isə bu günün Mynamar dövləti , dünya mətbuatı və “Röyters”in həbs olunan 2 jurnalisti üçün çətin gün olduğunu söyləyib. Adler təcili olaraq Myanmarı qərarını dəyişməyə çağırıb. Hər iki jurnalisti müdafiə edən vəkil Xin Maung Zaw hökmün ölkəsdinin imicinə zərbə olduğunu və jurnalistlərin dərhal azad olunması üçün bütün şanslardan istifadə edəcəyini bildirib.
Xatırladaq kı, 10 nəfər müsəlman buddist kənd əhalisi və ölkənin silahlı qüvvələri tərəfindən amansızcasına kəskin alətlərdən istifadə olunaraq öldürülmüşdü. “Röyters”in jurnalistləri isə 10 nəfər müsəlmanın qətliamına səbəb olan hadisəni açıqladığına görə 7 illik həbsə məhkum ediliblər.
Leyla Şıxəliyeva, “İki sahil”