03 sentyabr 2018 23:12
2451

Müasir tarixdə seçilən ən varlı insan kim oldu?

Dünyanın ən zəngin insanının adı açıqlanıb. Bloomberg” nəşri dünyanın ən varlı adamlarının reytinq siyahısını tərtib edib. Bu il də siyahıya ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos başçılıq edir.  S.Bezosun sərvəti 150  milyard dollar təşkil edir.

Bu dəyərin sahibi, həmçinin “Blue Origin” özəl aerokosmik agentliyi və “The Washington Post” nəşriyyat evinin sahibidir.

Onun sərvətinin artımına səbəb “Amazon”nun səhmlərinin bahalaşması olub. İş adamı ilk dəfə ötən il dünyanaın ən zəngini adını qazanıb. “Forbes” onun sərvətini 90,6 milyard dollar dəyərində qiymətləndirmişdi.

Bezons “Amazon”nu 1994-cü ildə ildə yaradıb. 2016-cı ildə şirkətin dövriyyəsi 136 milyard dollara çatıb.

İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (93,3 milyard dollar), üçüncü pillədə isə amerikalı sərmayəçi Uorren Baffet (87,2 mlrd. dollar) qərarlaşıb. Bezos Bill Qeytsi 1 milyard dollar ötərək birinciliyə nail olub.

Dünyanın ən zəngin dördüncü adamı “Facebook”un yaradıcısı Mark Sukerberq  (77,5 mlrd. dollar) hesab edilib. İlk beşliyi 76 mlrd. dollar sərvətlə “Zara” brendinin sahibi Amansio Orteqa tamamlayır.  

Könül Əliyeva, “İki sahil”