“SOCAR Turkey LNG Satış A.Ş.” iki şirkətin nəzarətinə keçib.
AZƏRTAC Türkiyənin Rəqabət Təşkilatının (Rekabet Kurumu) saytına istinadla xəbər verir ki, təşkilat “SOCAR Turkey Petrol Enerji Dağıtım A.Ş.”nin yeganə nəzarətindəki “SOCAR Turkey LNG Satış A.Ş.”nin “Reysaş Yatırım Holding A.Ş.” və “SOCAR Turkey Petrol Enerji Dağıtım A.Ş.”nin birgə nəzarətinə keçməsinə icazə verib.