Birləşmiş Ştatların Sahil Gözətçiliyindən verilən məlumata görə,1176 qallon neft normadan artıq doldurulmuş çəndən sızaraq ətrafa yayılıb.
“İki sahil” kiiitv.com saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabr ayının 4-də axşam saatlarında “Flint Hills East Dock” neft daşıyan gəmi tərsanəsində baş verib.
Bəzi agentliklərin məlumatlarına görə, ən çox sızma “Corpus Christi” limanının yaxınlığında müşahidə olunub. Hazırda əraziyə “Coast Guard's Incident Management Division” və “Corpus Christi Oil Spill Association” şirkətlərinin nümayəndələri cəlb olunublar və ərazidə təmizlənmə işləri həyata keçirilir. Təmizlənmə əməliyyatlarının nə vaxt başa çatacağı məlum deyil.