ABŞ-ın Nevada ştatındakı Blək-Rok səhrasında keçirilən "Burning Man" festivalı başa çatıb.
Milli.Az bildirir ki, avqust ayının son bazar ertəsində başlamış festival səhranı nəhəng diskoteka ilə fantastik filmin çəkiliş meydançasının simbiozuna çevirmişdi.
Festivalın on minlərlə iştirakçısı arasında Alessandra Ambrosio, Haydi Klum, Karli Kloss və başqa ulduzlar da vardı.