Millətlərarası mütəxəssilər dəstəsi xəbərdarlıq edib ki, yaxın on ildə planetimiz “istixanaya” çevriləcək. Havanın temperaturunun artması təkcə istehsalat sənayesi tərəfindən havaya buraxılan qazlar deyil, həmçinin insanın digər fəaliyyətləri nəticəsində baş verəcək.
“Bizim araşdırmalara görə, əgər biz atmosferə istixana qazları buraxmasaq belə, antropogen istiləşmə temperaturun iki dərəcə artmasına səbəb olacaq”.
Dərc olunan məqalələrdə dəqiqliklə bildirilib ki, atmosferin istiləşməsinə səbəb permafrostun əriməsi, metanın okean təbəqəsindən yüksəlməsi və bakterial fəaliyyətin artmasıdır. İqlimçilər qeyd ediblər ki, Amazonkada meşə hövzəsində ağacların azaldılması da səbəblərdən biridir.
Buna oxşar ssenariləri xilas etmək üçün ekosistemin qorunmasına və meşə ağaclarının əkilməsinə ehtiyac var.