ABŞ-ın xam neft və benzin ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 2,1 milyon barrel (0,5 faiz) artaraq 436,6 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 2 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 3,6 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 0,6 milyon barrel (0,1 faiz) azalaraq 660,2 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 4,6 milyon barrel (2 faiz) artaraq 239 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 600 min barrel artması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 0,5 milyon barrel çoxalmışdı.