07 sentyabr 2018 23:38
2222

12 konteynerli ev

Çinin Şansi əyalətindəki orijinal konstruksiyaya malik ev nəinki turistlərin, eləcə də arxitektorların da diqqətini cəlb edir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ev 2 mərtəbəli olmaqla, ümumilikdə şahmat qaydasında düzülmüş 12 konteynerdən ibarətdir. Birinci mərtəbədə quraşdırılmış pilləkən vasitəsilə asanlıqla ikinci mərtəbəyə və evin damına çıxmaq mümkündür.