11 sentyabr 2018 14:25
1207

Küveyt nefti ucuzlaşıb

“Kuwait Petroleum Corporation”dan verilən  məlumata görə, Küveyt neftinin qiyməti  48 sent aşağı düşərək, 73.88 dollar təşkil edib. 

Qeyd edək ki, cümə günü dünya birjasında  Küveyt neftinin qiyməti  74.36 dollar idi.

“İki sahil” “menafn.com” saytına istinadən xəbər verir ki,  “Brent”  və “Qərbi Texas”  markalı neftin qiymətində isə artım müşahidə edilib . Belə ki, “Brent” markalı neftin qiyməti  8 sent bahalaşaraq 76.58 dollar,  “Qərbi Texas”  markalı neftin qiyməti sə  16 sent artaraq 67.96 dollar təşkil edir.