11 sentyabr 2018 14:29
2137

Bu əşyaları evdə saxlamayın

Tez-tez bizlər həyatın “qara zolağnda” var - gəl edirik: ya maddi çətinlik, ya sağlamlığımızda yaranan problemlər və ya ümumiyyətlə, heç bir uğura nail olmamaq və.s. Bəzilərində isə hər şey öz qaydasında olur. Bəzən insanlar heç fərqinə belə varmırlar ki, bir çox problemlərdən uzaqlaşmaq üçün sadəcə öz evlərində dərindən təmizlik etməlidirlər.

Sınıq güzgü

Təbii ki, çox az adam evində sınıq güzgü saxlayır. Yox, əgər güzgünün üzərində çat əmələ gəlirsə, o olduğu yerdə də qala bilir. Bunu etməyə dəyməz. Ümumiyyətlə, güzgü özünəməxsus xassəyə malikdir. Nahaq yerə ulu babalarımız və nənələrimiz deməyiblər ki, əgər güzgü sınıbsa irəlidə ailəni bir neçə il bədbəxtliklər gözləyir. Ən yaxşısı interyerdə yeni güzgüyə sahib olmaq lazımdır.

Qırıq qab

Əgər sizin ailənizdə tez-tez dava-dalaş  olursa, bu zaman evdəki qab-qaşıqları təftiş etmək lazımdır.  Hansısa bir qabda xırda çat belə görsəniz, onu dərhal atın. Birincisi, belə bir qabdan istifadə etmək təhlükəli ola bilər, belə ki, qabı yuduğunuz zaman əlinizi kəsə bilərsiniz. İkincisi isə deyilənə görə, qırıq qablar evdə davaya və maddi sıxıntıya səbəb ola bilər.

Köhnə əşyalar

Hesab edirsiniz ki, həyatınızda yeni bir şeylər yoxdur? Mütəxəssislər belə olduqda köhnə əşyalardan qurtulmağınızı məsləhət görür: geyim, interyerdə lazımsız əşyalar, oxunmayan kitablar və s. Bütün bu əşyaları əgər istifadə etmirsinizsə, o zaman onlara mənfi enerjini cəlb etmək imkanını verməyin.

Köhnə pul kisəsi

Əgər evinizdə istifadə etmədiyiniz köhnə pul kisəsi vardırsa, o zaman onu dərhal atın. Əks təqdirdə sizin yeni pul kisəsində çoxlu pul olmayacaq. Yox, əgər olacaqsa belə ancaq və ancaq çoxlu qəpiklər olacaq.

Köhnə şəkillər

Söhbət köhnə, istifadəsiz portretlərdən gedir. Belə şəkilləri görünən yerdə qoymaq lazım deyil. Çərçivəyə alınmış və  siyirməyə qoyulmuş şəkil heç də yaxşı enerji daşımır. Bu, insanın sağlamlığına və evdə yaşayan insanların emosional hisslərinə təsir edə bilər. Şəkillərin ən yaxşı saxlamaq üsulu onları fotoalboma yerləşdirməkdir.