Boru xəttində baş verən problem nəticəsində 8000 qallondan artıq yanacaq sızaraq, Amerika Birləşmiş Ştatlarının İndiana ştatında yerləşən Marys çayına tökülüb.
Boru xəttinin məxsus olduğu “Buckeye Pipe Line” şirkətinin verdiyi məlumata görə, xətt bağlanılıb. Hadisəyə təzyiq probleminin səbəb olduğu bildirilir. Yerli rəsmilər yanacağın çayı çirkləndirdiyini və çayın səthinin yanacaqla dolduğunu bildirirlər.
“İki sahil” “thehill.com” saytına istinadən xəbər verir ki, təmizlənmə əməliyyatlarının bir neçə həftə çəkəcəyi gözlənilir.