Son zamanlar bir çox milyarder insanlar dünyanın sonu üçün özlərinə bunker düzəltdirməyə külli miqdarda pul xərcləyirlər. Hər il dünyanın sonu haqqında gedən söz-söhbətlər insanları təşvişə salır. Lakin bəzi insanlar bu cür xəbərləri ürəklərinə çox yaxın tuturlar və qorxu hissinə qapılırlar.
Bu səbəbdən “Rising S Company” şirkəti son illər universal bunkerlər sifarişi üzrə rekorda sahib olub. Maraqlısı ondadır ki, belə sifarişlərin sayı ildən-ilə artır. Tələbatlı “məhsulun” milyonçu sifarişçiləri özləri yerin dörd metr dərinliyində yerləşə bilən bunkerlər hazırlatdırırlar. Belə bir bunkerlərin çəkisi 150 tona bərabərdir. Bunkerlərin içərisi müasir dövrün tələbinə uyğun texnologiya, nəhəng qida ehtiyatı və bir çox resurslarla təmin olunub. Bundan başqa, bunkerin divarları möhkəm stanilin metalından hazırlanıb, hansı ki, bu divarlar raket və digər dağıdıcı vasitələrin təsirinə məruz qalmır. “Rising S Company” təmsilçiləri bildiriblər ki, insanların fikirlərinə görə, Yeni Zelandiya dünyanın sonu zamanı ən yaxşı sığınacaq məkanıdır.
Könül Əliyeva, “İki sahil”