İllər boyu uçuşlarda iştirak edən və sərnişinlərlə ünsiyyətdə olan stüardessalar insanların uçuş zamanı nələrin onları əsəbləşdirdiyini və komfortlu səyahətdən nələrin onların həzz almasına mane olduğunu hamıdan yaxşı bilirlər. Əslində hər şey sərnişinlərin özlərindən asılıdır. Lakin bəzi sirlərdən istifadə etməmək günah olar.
2. Arakəsməyə yaxın kresloda əyləşməyin.
Əgər sərnişinlər arsında körpə uşaqlı valideyn varsa, böyük ehtimalla onlar məhz arakəsməyə yaxın kresloda əyləşəcəklər. Əgər uçuş müddətinizi ağlayan körpə səsi ilə keçirmək istəmirsinizsə arakəsmədən aralı krseloda oturun.
3. Təyyarənin quyuruq hissəsində “VİP sərnişin olun”
Bir çox sərnişinlər təyyarədə ön hissələrədə oturmağa can atırlar. Bunu ona görə edirlər ki, yemək zamanı və təyyarədən enən zaman birinci olsunlar. Lakin bir sirr var: əgər təyyarənin lap axırında otursanız sizə daha çox diqqət yetiriləcək. Səbəbi isə sadədir: stüardessalar bacardıqları qədər ön sırada əyələşən sərnişinlərin çağırışına reaksiya vermirlər, çünki ön tərəfə gedən stüardessa sona qədər qayıdan zaman xeyli sifariş götürməli olur. Lakin ən axırda oturan sərnişinin isə bütün istəkləri böyük həvəslə həyata keçirilir.
Elektron cihazları söndürməyə ehtiyac yoxdur
Təyyarədə bir qayda olaraq bizdən elektron cihazlarımızın söndürülməsi tələb edilir.
Bu ona görə deyildir ki, onların işləməsi təyyarəni qəzaya uğrada bilər. Bir stüradessa Reddit saytında yazıb ki, sadəcə olaraq bu cihazlar “pilotların zəhləsini tökür”.
Oksigen maskalarının sirri
Qəza zamanı oksigen maskaları sizi yalnız 15 dəqiqə hava ilə təchiz edə bilər.
Lakin qorxmayın. Bu qədər vaxtda pilotlar təyyarəni “maskasız da nəfəs alına bilən” hündürlüyə endirirlər.
4. Yay aylarında illüminator (gəminin yan tərəfində kip bağlanan girdə pəncərə) qarşısında oturmayın
İsti yay aylarında sərnişinlər yüngül geyimlər geyinirlər - şortik, mayka, açıq ayaqqabı və.s. Lakin onlar 10 kilometr yüksəklidə füzelyajın (təyyarənin gövdəsi) necə donduğunu bilmirlər. Baxmayaraq ki, təyyarə salonunun özünün mikroiqlim var, illüminatorun yanında sərnişinə soyuq ola bilər və o, hətta xəstələnə bilər. Beləliklə, komfortunuza görə “pəncərə” yanında əyləşməyin.
6. Faydalı bonuslu proqramlardan istifadə edin
Hazırda təyyarə xətti əvvəlki illərə nəzər salanda tamamilə başqa cür fəaliyyət göstərir. Belə ki, bonus proqramına qoşulan sərnişinlərə daha yaxşı yerlər təklif olunur. Bir sözlə, belə müştərilərə yüksək səviyyədə servis xidməti göstərilir.