ABŞ neftin qiymətinə dair proqnozunu artırıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatına istinadla xəbər verir ki, cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 73 dollar, “Light” neftinin qiyməti isə 67 dollar/barrel olacaq. 2019-cu ildə “Brent”in qiymətinin 74 dollar/barrel, “Light”ın bir barrelinin qiymətinin 68 dollar səviyyəsində olacağı nəzərdə tutulur.
EIA-nın avqustdakı hesabatında bu il üçün “Brent”in bir barrelinin orta qiymətinin 72 dollar, “Light” neftinin qiyməti isə 66 dollar/barrel olacağı bildirilirdi.