14 sentyabr 2018 22:41
1280

Sızma baş verib

Səlahiyyətli şəxslərin verdikləri məlumata görə, ABŞ-ın “Port Readinq”də yerləşən  “Bukye” terminalından sızaraq “Artur Kil” su yoluna tökülən  dizel yanacağının  həcmi hələlik müəyyən edilməyib.  

Birləşmiş Ştatların Sahil  Gözətçiliyi bədbəxt hadisənin   çərşənbə axşamı  saat 19:15 radələrində terminaldan hasilatın ötürülməsi zamanı   baş verdiyini qeyd etsə də,  hadisəyə eyni zamanda, baş verən güclü külək və yağışın səbəb olduğu bildirilir. 

Qeyd edək ki, xilasedicilər sızma baş verən əraziyə gec çatıb və ərazidə təmizlənmə işlərinə  cümə günü başlanılıb. 

“İki sahil” nj.com saytına istinadən xəbər verir ki, sızma baş verən  terminalda  tədqiqatlar davam etdirilir.