14 sentyabr 2018 22:48
1049

Körfəzdə təmizləmə işləri gecikir

“İki sahil” kfyrtv.com  saytına istinadən xəbər verir ki , “True  Company” şirkətinə məxsus boru xəttində baş verən sızma nəticəsində  təxminən 5000 barrel  xam neft “Ash Coulee”  körfəzinə  tökülüb. 

Şirkətin sözcüsü Vendy Ovenin verdiyi məlumata görə, “Ash Coulee”  körfəzində təmizlənmə işləri aparılsa da,  çirklənmənin qarşısını tamamilə almaq  mümkün olmayıb.  O, həmçinin hava şəraitinin qarlı  olmasının  təmizlənmə işlərini yubadacağını və hələ ki 3400 barrel neftin  körfəzdən təmizləndiyini bildirib. “True Company” sızmanı aşkar edən ötürücülərin  hava şəraiti ilə əlaqədar olaraq işləmədiyini və təmizlənmə işlərinin təxirə salınacağını  da qeyd edib.