17 sentyabr 2018 21:38
1211

SOCAR-ın təsdiq edilmiş neft ehtiyatları azalıb

SOCAR-ın təsdiq edilmiş neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında deyilir.

Bildirilir ki, 2015-ci ildə şirkətin təsdiq edilmiş neft ehtiyatları 74 milyon 336 min ton, 2016-cı ildə 71 milyon 503 min ton olub. 2017-ci ildə isə bu göstərici 66 milyon 838 min tona geriləyib.

Qeyd edək ki, 2017-ci ildə SOCAR-ın tərkibində 3 istehsalat birliyi (İB), 4 zavod, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 25 qurum fəaliyyət göstərib. Eyni zamanda, şirkət Xəzər dənizinin Azərbaycan sektorunda və quruda yerləşən yataqlarda Hasilatın Pay Bölgüsü sazişləri üzrə tərəfdaşdır.