Kanadanın “Eco Atlantic Oil & Gas Ltd” neft-qaz kəşfiyyatı şirkətinin verdiyi məlumata görə, Fransanın “Total Petroleum SA” şirkəti Namibiyada yerləşən Orinduik blokundakı “Eco”ya məxsus 25% payı alacaq.
“İki sahil” morningstar.co.uk saytına istinadən xəbər verir ki, “Total Petroleum” Fransanın “Total SA” şirkətinin bir şöbəsidir və blokdakı paya görə “Eco”ya 12.5 milyon dollar ödəyəcək . Belə ki, “Total” blokda 25%, “Eco” 15%, blokun operatoru “Tullow Oil PLC”isə 60% paya sahib olacaq.
“Eco” şirkətinin baş icraçı direktoru Gil Holzman “Biz dünyanın nəhəng neft şirkətlərindən olan “Total” şirkəti ilə əməkdaşlıq etməkdən məmunuq və şirkətin 25 % pay əldə edəcəyi “Orindik” yatağı hal-hazırda dünyada ən çox kəşfiyyat əməliyyatlarının aparıldığı ərazidir” - deyə qeyd edib.