Hökumətin verdiyi məlumata görə, Şərqi Kanadanın Saskatçevan əyalətində yerləşən boru xəttində baş verən sızma nəticəsində neft ətrafa yayılıb. Hökumət bu barədə əlavə məlumat verməsə də, “Regina Leader-Post” qəzeti hadisənin cümə günü baş verdiyini bildirib. Qəzet, həmçinin təxminən 52,834 qalon neftin itkiyə getdiyini və Regina əyalətinin 87 mil cənub-şərqində yerləşən “Ocean Man First Nation” adlı əraziyə 45,000 litr neftin axdığını qeyd edib.
“İki sahil”in “grandforksherald.com” saytına istinadən verdiyi məlumata görə, boru xəttinin məxsus olduğu “Tundra Energy Marketing Inc.” şirkəti təmizləmə işlərini öz üzərinə götürsə də hələ ki bununla bağlı şirkət tərəfindən heç bir səy göstərilməyib.