19 sentyabr 2018 15:12
2292

Ucqar dağ kəndlərində görüş

“Veysəloğlu” şirkətlər qrupunun nümayəndələri yeni tədris ili ərəfəsində ölkənin ucqar dağ kəndlərində yaşayan ailələrlə görüşlər keçirib, onların məktəbli övladlarının qayğıları ilə maraqlanıblar.

Şirkətlər qrupunun əməkdaşları qurumun korporativ sosial məsuliyyət (KSM) layihəsi çərçivəsində İsmayıllı rayonunun 2 ucqar dağ kəndi olan Köhnədaxar və Yuxarı Qaraqaya gedərək, burada yaşayan məktəbli uşaqlara çanta və məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, “Veysəloğlu” şirkətlər qrupu daim təhsillə bağlı müxtəlif layihələr həyata keçirir və təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.

Orxan Vahidoğlu,

“İki sahil”