21 sentyabr 2018 21:23
3381

İstehsal sahələrinin fasiləsiz istismarı cari və əsaslı təmir tələb edir

Neft məhsullarının keyfiyyətinə və kəmiyyətinə olan tələblər ildən-ilə artır. Bu baxımdan ekoloji təmiz yanacaq növlərinin istehsalının genişləndirilməsi problemləri olduqca vacib məsələyə çevrilib. Bütün bunlar nəzərə alınaraq məhsul ixracı ilə əlaqədar bazarların qorunması məqsədilə neft emalı kompleksinin mövcud texniki bazasında mühərrik yanacaqlarının keyfiyyətinin yaxşılaşdırılması üçün ardıcıl iş aparılır. İstehsal nəticələrinin əldə olunmasında, xüsusilə də açıq rəngli məhsulların istehsalında ilkin emal qurğularından başqa, təkrar emal proseslərinin əhəmiyyəti çox böyükdür. Ötən dövr ərzində zavodlarda texnoloji qurğuların və xüsusilə də katalitik krekinq, tədrici kokslaşma və bitum istehsalı qurğularının işinin səmərəli təşkil olunması üçün emal prosesində əmələ gələn qalıq komponentlərindən yüksək dəyərli neft məhsullarının istehsalı genişlənib. Həmin qurğuların fasiləsiz istismar olunması üçün mütəmadi olaraq cari və əsaslı təmir işləri aparılıb.