Hazırda dünyada alternativ yanacaq əldə etmək üçün texnologiyaların inkişafı məqsədilə aparılmış tədqiqatlar bir dəqiqə belə dayandırılmır: bu sferadan olan hər bir şirkət onları gələcək enerji bazarının liderinə çevirəcək o xoşbəxt bileti əldə etməyə can atırlar. Tədqiqatın genişliyi - maye bioyanacaqdan günəş panellərinə qədər bütün sahələri əhatə edir. Lakin hələlik- alternativ enerji sahəsində perspektivlər qlobal hal alana qədər neft hasilatı şirkətləri mövcud yataqlardan daha çox neft çıxararaq varlanmağa çalışır və buna milyonlarla dollar vəsait sərf edirlər.
Son dövrlərə qədər əsas məqsəd yeraltı sərvət olan "qara qızıl"ın hasilatını onun ümumi həcminin təxminən üçdə biri qədər artırmaq hesab olunurdu. Lakin xam neftə olan tələbatın dinamik artımı hasilatın bu tempdə artırılmasının yolverilməzliyinə gətirib çıxarır. Əgər şirkətlər torpaqdan neçə barel neft əldə ediləcəyini dəqiq müəyyənləşdirsələr və bu məlumatlara əməl etsələr, əldə edilən qazanc bugünkü vəziyyətlə müqayisədə əhəmiyyətli ola bilər.
Daha çox neft hasilatına şərait yaradan son cihazlar yeraltı təbii rezervuarlara dərininə yüz milyonlarla kiçik karbon nanoklasterinin daxil edilməsini təklif edir. Cihazlar öz kimyəvi strukturunu dəyişirək, işlədilən maddi növ - neft, su və ya digər maddələr barədə siqnal verirlər. Klasterin ölçüsü insan saçından 30 min dəfə kiçikdir. Onlar driller üçün istilik, təzyiq və qazmaçılar üçün maraqlı olan digər mühüm amilləri müəyyən edə biləcəklər.
Rezervuarlara yerləşdirilmiş “nanoməruzəçilər” torpağın altında keçirilən zamanı göstərən barkodlara sahib olacaqlar. Bu barkodlar qazmaçılar üçün böyük əhəmiyyət daşıyacaq, çünki onlar bu yolla yatağın hansı dərinlikdə yerləşdiyini müəyyən edəcəklər. Məsələn: nanoqurğu torpağın altında üç ay qalaraq, yalnız su əldə edibsə və 9 aydan sonra neft tapıbsa bu yalnız yatağın çox dərində yerləşməsi anlamı daşıyacaq.
Hazırda ən vacib iş nanomaşınların öz təlimatına uyğun olaraq işlədilməsidir. Neft axtarışı problemin yalnız bir hissəsidir. Əsas məsələ hasilat üçün daha inkişaf etmiş metodların işlənib hazırlanmasıdır.
Dünya neft tədarükünün təxminən 80% -nin dövlətə məxsus milli şirkətlər tərəfindən tənzimlənməsi faktını nəzərə almaqla, müvafiq ölkələrin daha çox fosil yanacaqlarının çıxarılması üçün razılığının alınması da şərtdir.