Hindistanın “Oil and Natural Gas Corp” (ONGC) nəhəng dövlət neft və qaz şirkəti Venesuelaya əlavə pay satmaqdan imtina edib. Səbəb isə ölkənin dövlət neft şirkətinin keçmişdən qalan 449 milyon dollarlıq borcunu ödəməmək üçün bəhanə hesab etməsidir.
Qeyd edək ki, Venesuelanın “Petroleos de Venezuela SA” (PDVSA) dövlət neft şirkəti keçən il şirkətin köməkçi şöbəsi “OVL” şirkətinə ölkəyə məxsus “San Cristobal” neft yatağında 9 % pay təklif etmişdi.
“İki sahil” mydigitalfc.com saytına istinadən xəbər verir ki, Venesuelanın əlavə pay alamaq istədiyi yataqda “OVL” 40 % payın sahibidir və yataqdan gündəlik 18000 barrel neft hasil olunur. “Oil and Natural Gas Corp” (ONGC) şirkətinin sözcüsü keçmiş borcları ödəyə bilməyəcəyindən şirkətin belə bir addım atmaq istədiyini düşündüyünü və ilk öncə şirkətin borcları ödəməsini istədiklərini bildirib. Buna görə də, “OVL” şirkəti əlavə pay satışından imtina edib.
Hindistanın rəsmi nümayəndələri Venesuelanın dövlət neft şirkətinin hələ köməkçi şöbə “OVL” şirkətinə olan 4 illik borcunu ödəmədiyini də qeyd ediblər.