25 sentyabr 2018 00:38
2412

“Shell” aktivini sata biləcəkmi?

Nyu-Yorkun “Bloomberg” şirkətinin verdiyi  məlumata görə , Hollandiya- Britaniyanın “Shell PLC”  nəhəng neft və qaz şirkəti  Meksika körfəzindəki payını satmaq üçün qərərgahı  Hyuston şəhərində yerləşən “Focus Oil Co.” şirkəti ilə danışıqlara başlayıb.  Bu məsələ ilə əlaqəli rəsmi nümayəndələr “Bloomberg” şirkətinə sözügedən “Sezar Tonqa” neft yatağındakı  payın təxminən 1.3 milyard dollar dəyərində  qiymətləndiriləcəyini, bu razılaşmanın problemli olacağını və yekun nəticəyə gəlməkdə hər iki şirkətin problem yaradacağını bildirirlər.

“Shell” şirkəti “Bloomberg” şirkətinin yaydığı məlumata cavab verməkdən imtina edib. “Focus Oil” və “Anadarko” şirkətləri də bununla bağlı sualları cavabsız qoyublar.

Qeyd edək ki,  Amerikanın neft və qaz şirkəti “ Anadarko Petroleum Corp”  operatoru olduğu “Sezar Tonqa” yatağında  “Shell” şirkəti  22.5 % payın sahibidir. Yataqda paya sahib digər şərik şirkətlər isə Norveçin  “Equinor ASA”,  Kaliforniyanın “Chevron Corp” şirkətləridir.

“İki sahil” bizjournals.com saytına istinadən xəbər verir ki,  “Shell” şirkəti “Sezar Tonqa” payı ilə bərabər  satdığı aktivlərdən  ümumi 30 milyard dollar gəlir əldə etməyi düşünür.