“Bismarck Tribune” yerli xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Şimali Dakota ştatının Dan əyalətində yerləşən boru xəttində baş verən sızma nəticəsində 63,840 qallon neft axaraq su ilə qarışıb.
“İki sahil” “ecowatch.com” saytına istinadən xəbər verir ki, sızma zamanı neft və qaz ehtiyatı ilə qarışan suyun tərkibində kimyəvi maddələrin olduğu da güman edilir. Boru kəməri Dallasda yerləşən “Petro-Hunt MMC”yə məxsusdur və şirkətin özü baş verən sızmanı aşkar edib.
“North Dakota Department of Health” departamenti sızmanın artıq yaxınlıqdakı quruyan çayın yatağına çatdığını və bunun qarşısını almağın vacib olduğunu elan edib. Sızmanın səbəbini öyrənmək üçün tədqiqatlar aparılır. Departament də aparılan əməliyyatlara qoşulub və ərazidə monitorinq davam etdirilir.
“Petro-Hunt” şirkətinin vitse-prezidenti Valter Roç təmizlənmə əməliyyatlarının mümkün qədər sürətli aparılacağını bildirib.