27 sentyabr 2018 22:01
2190

İndoneziya neft hasilatını artırmaq istəyir

 İndoneziyanın “Pertamina” enerji şirkətinin növbəti 12 il ərzində neft hasilatını yüksəltmək məqsədilə 100 milyard dollar sərmayəyə ehtiyacı var.

 Şirkətin korporativ strateji biznes planlama üzrə vitse prezidenti Ernie D Ginting Sinqapurda neft konfransında çıxışı zamanı bu sərmayənin İndoneziyanın neftə olan tələbatının qarşısını almaq üçün tələb olunduğunu bildirib. O, “Pertamina”nın ölkə xaricində də neft blokları almaq niyyətində olduğunu açıqlayıb.

 “Bizim hazırda əsas strategiyamız hasilatı artırmaqdan ibarətdir. Biz daha çox Mərkəzi Aiya, İraqda yeni aktivlər axtarışındayıq”,-deyə Ernie D Ginting bildirib.