“W&T Offshore Inc.” müstəqil neft-qaz kəşfiyyatı şirkəti Meksika körfəzinin dərin sularında yerləşən “Ewing Bank 910” yatağındakı “South Timbalier 311” platformasında “ST 320 A-2” ikinci kəşfiyyat quyusunu qazıb.
Şirkətdən verilən məlumata görə, quyu nəzərdə tutulan dərinliyə çatıb və quyunun 163 fut dərinliyində karbohidrogen təzahürləri aşkar olunub. Quyuda qazma işləri bitəndən sonra qazma qurğusu zəif hasilatın gözlənildiyi “ST 320 A-3” quyusunun qazma işlərinin aparılacağın əraziyə köçəcək. Şirkət yataqda yerləşən “Miocene” formasiyasını hədəfə alan və yüksək ehtiyat əldə edəcəyini düşündüyü “ST 320 A-2” quyusundan zəif nəticə əldə etdikdən sonra bu qənaətə gəlib və bu yatağı riskli neft yatağı adlandırıb.
Qeyd edək ki , hər iki quyu “W&T” şirkətinin birgə müəsssisə şərikləri ilə qazma işləri apardığı qazma proqramının bir hissəsidir.
“İki sahil” ogj.com saytına istinadən xəbər verir ki, proqramdan əldə olunacaq gəlir 361.4 milyon dollardır və proqram üzrə körfəzdə 14 quyunun istismarı nəzərdə tutulub.