28 sentyabr 2018 21:08
2310

SOCAR Ukrayna Dəmir Yolları üçün 15 min ton dizel yanacağı tədarük edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi - “SOCAR Ukraine” şirkəti “Ukrzaliznitsya” üçün 15 min ton həcmində dizel yanacağı tədarük edəcək.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, SOCAR “Ukrzaliznitsya”nın 30 min ton dizel yanacağı alınması ilə bağlı elan etdiyi iki tenderin qaliblərindən biri olub.

“SOCAR Ukraine” dizel yanacağını 32 078,8 qrivna/ton qiymətinə tədarük edəcək.

Tədarük üçün son tarix bu il dekabrın 31-i nəzərdə tutulub.