Cari ilin ilk səkkiz ayında Bakıda dizel və benzin istehsalı artıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadla xəbər verir ki, bu ilin yanvar-avqust aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 118,2 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 7,2 faiz artıb.
Neft məhsullarından yanacaq mazutunun istehsalı 79,8 faiz azalıb.
Avtomobil benzininin istehsalı 3 faiz, ağ neftin istehsalı 6,5 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 21,6 faiz, dizel yanacağı istehsalı 12 faiz, sürtkü yağlarının istehsalı 2,5 dəfə, neft bitumunun istehsalı 47,2 faiz, neft koksunun istehsalı isə 26,5 faiz çoxalıb.