01 oktyabr 2018 19:36
1764

Bu il 381 çoxmərtəbəli binaya təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi 2018-ci ilin yanvar-sentyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 381 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

İstehsalat Birliyindən verilən məlumata görə, həmin binalarda ümumilikdə 19662 ailə yaşayır.

“Azəriqaz” İB bildirir ki, qurum təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.