02 oktyabr 2018 22:38
2685

“Ichthys” layihəsi üzrə ilk kondensat gəmisi yola salınıb

 Yaponiyanın “Inpex” enerji şirkəti Avstraliyadakı “Ichthys” mayeləşdirilmiş təbii qaz layihəsi üzrə ilk kondensat gəmisini yola salıb.

 “offshoreenergyoday.com” saytının məlumatına görə, şirkət sözügedən enerji layihəsi üzrə qaz hasilatına iyul ayının sonlarından başlayıb.

 “Bu layihə bizim etibarlı bir qlobal enerji təminatçısı olduğumuzu bir daha sübut edəcək”,-deyə “Inpex Australia”nın direktoru Seiya İto bildirib. O, kondensatın Asiya bazarına çıxarılacağını və 40 illik bu layihədən gəlir əldə etməyə artıq başladıqlarını açıqlayıb.

 Qeyd edək ki, “Ichthys” layihəsi üzrə illik 8,9 milyon ton mayeləşdirilmiş təbii qaz hasilatı nəzərdə tutulub. Gündəlik kondensat hasilatı isə 100 min barel təşkil edəcək.