02 oktyabr 2018 22:59
2571

Britaniya şirkəti Ukraynada qazma işlərinə başlayıb

 Ukraynada çoxlu aktivləri olan Böyük Britaniyanın “Cadogan Petroleum” neft və qaz şirkəti Lvov regionunda “Bitlianski” lisenziyasında “Vovche-2” quyusunun qazma işlərinə başlayıb.

 Qazma işlərinin 20 gün davam edəcəyi, nəticələr müvəffəqiyyətli olarsa quyuda hasilata başlanılacağı gözlənilir.

 Şirkət bundan əlavə, Lvovda “Blazh-10” quyusunun qazma işlərini həyata keçirmək üçün əraziyə iri qurğular gətirib. Quyunun qazma işlərinə noyabr ayından başlanılacaq və qazma işləri üç ay davam edəcək.

 “Vovche-2” və “Blazh-10” quyusu “Bitlianska” və “Monastriretska” kəşfiyyat lisenziyalarında yerdə qalan işlərini də tamamlayaraq, onları hasilat lisenziyalarına çevirmək niyyətindədir.