03 oktyabr 2018 23:15
2464

Şirkətin uğursuzluğu

Norveçin “DEA Norge AS” neft-qaz kəşfiyyatı və hasilatı şirkəti operatoru olduğu 721 saylı hasilat lisenziyasında  “7321/4-1” quyusunun qazma işlərini tamamlayıb. Quyu boş çıxıb.  Quyu  Barens dənizindəki “7324/8-1” (Wisting) neft kəşfinin  təxminən 105 kilometr  qərbində qazılıb.

“İki sahil” npd.no saytına istinadən xəbər verir ki,  “7321/4-1” quyusu ilkin olaraq neft təzahürlərinin sübut olunduğu yuxari Trias və Orta Yura yaşlı “Sto” , daha sonra isə Yuxarı Trias  yaşlı “Snadd” formasiyasını hədəfə alıb.  “7321/4”-un “Sto” formasiyasını hədəfə alan  qumdaşların 15 metrliyində aşağı keyfiyyətli rezervuar əldə edilsə də,  digər formasiya tamamilə boş olub.  Şirkət quyunun boş olduğunu təsdiqləyib. Quyu sementlənərək tərk olunub.

Qeyd edək ki, 7321/4-1 quyusu  Island Innovator qazma qutrğusu vasitəsi ilə qazılmışdı və qurğu hazırda ərazidən köçürülüb.