03 oktyabr 2018 23:19
2087

“Tullow Oil” ziyanın yarısından qayıdıb

Qərargahı Cənubi Amerikada yerləşən “Tullow Oil” müstəqil neft-qaz kəşfiyyatı və hasilatı şirkəti Namibiyada “PEL-37”  hasilat lisenziyasında yerləşən “Cormorant-1” kəşfiyyat quyusundan kommersiya xarakterli olmayan karbohidrogen ehtiyatı aşkar etdiyinə görə quyunu sementləyərək tərk edib. 

“Tullow” şirkəti  Cormorant-1  kəşfiyyat quyusunun ümumi dərinliyinin 3,855 metr dərinlikdə qazıldığını bildirib. 

“İki sahil” southerntimesafrica.com  saytına istinadən xəbər verir ki, quyuda qazma işlərinə sentyabr ayının  əvvəlindən başlanılıb və quyu “Ocean Rig Poseidon” qazma gəmisi ilə qazılıb. 

Nəticə olaraq “Tullow” quyunun  şirkətin gələcək fəaliyyəti üçün əhəmiyyət kəsb etmədiyini  və maliyyə cəhətdən heç bir ümidin olmadığı bildirib.”Tullow” “PEL-37” hasilat lisdenziyasının operatorudur və lisenziyada  35%  paya sahibdir.  Birgə müəsssisə şərikləri “ONGC Videsh” 30%, “Pancontinental Oil & Gas” 30% “Paragon” şirkəti isə qalan  5% payın sahibidirlər.