05 oktyabr 2018 14:36
2189

Azərbaycan neftinin qiyməti bahalaşır

Azərbaycan neftinin qiyməti 87,5 dollar/barreli ötüb

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar bahalaşaraq 87,51 dollar təşkil edib. Azərbaycan neftinin bir barreli sonuncu dəfə 2014-cü il noyabrın əvvəlində 87 dollardan baha satılıb.

Qeyd edək ki, “Azeri Light”ın bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.