08 oktyabr 2018 23:17
2605

İsveç şirkətinin qazdığı quyu boş çıxdı

İsveçin “Lundin Petroleum AB” müstəqil neft-qaz kəşfiyyatı və hasilatı şirkəti “Hurri” prospektində yerləşən “7219/12-3S” kəşfiyyat quyusunda qazma əməliyyatlarını tamamlayıb.  Şirkətin qazdığı “7219/12-3S”  kəşfiyyatquyusu boş çıxıb. Quyu “PL533” hasilat lisenziyasında yerləşir və  karbohidrogen potensiallı Yuxarı Yura yaşlı “Hekkingen” və “Sto” formasiyalarını hədəfə alıb. 

“İki sahil” youroilandgasnews.com saytına istinadən xəbər verir ki,  yüksək karbohidrogen ehtiyatının aşkar olunduğu formasiyalar hədəfə alınsa da,quyuda karbohidrogen təzahürlərinə rast gəlinməyib. “7219/12-3S” kəşfiyyat quyusu “Leiv Eiriksson” yarımdalma qazma qurğusu vasitəsi ilə qazılıb və quyu boş çıxdığına görə mövcud ərazidən köçürülüb.

Qeyd edək ki, “Lundin””PL533” hasilat lisenziyasının operatorudur və quyuda 35 % payın sahibidir.  Şərikləri “Aker BP” 35%,  “DEA Norge”  isə 30% payın sahibidir.