100 qallon turbin yağı sızaraq ABŞ-ın şimal-qərbindəki Lover Monumental Dam ərazisi yaxınlığında yerləşən Sneyk adlı çaya tökülüb.
“İki sahil” tri-cityherald.com satına istinadən xəbər verir ki, sızma dünən baş verib. Ətraf Mühitin Mühafizəsi agentliyindən verilən məlumata görə, Sneyk və Kolumbiya çaylarında çirklənmənin qarşısı tamamən alınıb. Çirklənmədən ən çox zərər çəkən ərazinin Sneyk çayının olduğu qeyd olunur. Turbin yağının sızmasının səbəbi hələ ki, məlum deyil .