09 oktyabr 2018 17:38
2015

Azərbaycan "Cənub Qaz Dəhlizi"nə 1,5 milyard dollar cəlb etməyi planlaşdırır

Azərbaycan 2018-ci ilin sonunadək "Cənub Qaz Dəhlizi" layihəsinə 1,5 milyard dollar cəlb edəcəyinə ümid edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

O qeyd edib: "Biz alman maliyyə resurslarının cəlb olunması üzərində işləyirik. 2018-ci ilin sonunadək 1,5 milyard dollar cəlb etməyi planlaşdırırıq".

Bundan əvvəl məlumat verilirdi ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün Avropa banklarından 15 il müddətinə 1,5 milyard dollaradək vəsait cəlb etmək niyyətindədir.