10 oktyabr 2018 14:58
2248

Bakıda neftayırma zavodunun modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək

Azərbaycan Prezidenti: Bakıda neftayırma zavodunun modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.

Ölkə başçısı qeyd edib: “Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Bu da çox önəmli sənaye layihəsidir. Bu, bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək. Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin “Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək. Eyni zamanda, bu zavodun yenidən qurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək”.