Monqolustanın “Petro Matad” neft kəşfiyyatı, hasilatı və istismarı şirkəti bu ölkədə “Snow Leopard-1” quyusundan sonra “Wild Horse 1” quyusunun qazma işlərinə başlayıb.
Nəzərə çatdıraq ki, “Snow Leopard-1” quyusu boş çıxmışdı və quyu sementlənərək tərk olunmuşdu.
“İki sahil” upstreamonline.com saytına istinadən xəbər verir ki, “Wild Horse 1” “Snow Leopard-1” quyusu kimi Taats hövzəsini hədəfə alıb və 2018 qazma kampaniyasına daxil olan dörd quyudan ikincisidir . Quyunun ümumi dərinliyi 3350 metrdir və qazma işlərinin 70 günə tamamlanacağı gözlənilir. Şirkət ikinci quyudan müsbət nəticə gözlədiyini və ilkin nəticənin onu məyus etdiyini bildirib.