10 oktyabr 2018 23:05
2576

Neft çənində güclü partlayış

Cənubi Koreyanın  şimalında yerləşən Qoyanq  əyalətindəki neft dolu çəndə baş verən partlayış güclü yanğına səbəb olub. Hakimiyyət orqanlarından verilən məlumata görə, hadisə zamanı itki müşahidə olunmayıb. 

“Iki sahil” english.yonhapnews.co.kr saytına istinadən xəbər verir ki, neft dolu çən dövlətə məxsus “Daehan Oil Pipeline Corporation” (DOPCO) şirkətinə aiddir və şirkət  Qoyanq əyalətində yerləşir. Əyalətin yanğınsöndürmə stansiyasından verilən məlumata görə,  partlayış yerli vaxtla axşam saat 11-də müşahidə olunub  və partlayışın səsi çox güclü olub.

Bir neçə şahidin sözlərinə görə,  yanğın o qədər güclü olub ki,  səhər saatlarınadək davam edib və Seulun  bəzi ərazilərində  nəzərəçarpacaq dərəcədə duman müşahidə olunub və zəhərli qaz ətrafa yayılıb.  

Qeyd edək ki, çəndə təxminən 4.4 milyon ton neft var idi və neft yanğın zamanı ətrafa yayılıb. Gecə vaxtı olduğu üçün ərazidə partlayışdan zərərçəkən işçi kütləsi olmayıb. Çəndəki partlayışın səbəbi hələ ki açıqlanmır. Şirkət  baş verən dəhşətli yanğına görə üzrxahlıq edib.