10 oktyabr 2018 23:08
2358

GNPC əməliyyatlara başlayıb

Qana Respublikasının “Ghana National Petroleum Corporation” (GNPC) şirkəti Volta əyalətinin  Nkwanta North District adlı ərazisində neft kəşfiyyatına başlayıb.  Neft kəşfiyyatının aparıldığı “West Cape Three Points” və “Atuabo” blokları  Keta hövzəsini hədəfə alıb.

“Iki sahil” dailyguideafrica.com saytına istinadən xəbər verir ki, şirkət hər iki blokda kommersiya xarakterli  kəşfiyyat işləri aparır.

Qeyd edək ki, şirkətin ərazidə apardığı əməliyyatların  3 il  çəkəcəyi gözlənilir. “Ghana National Petroleum Corporation” (GNPC) bu əməliyyatların möhtəşəm nəticə göstərəcəyinə inandığını bildirib.