11 oktyabr 2018 14:28
2257

Barens dənizində tədqiqatlara başlanılacaq

2019-cu ilin dövlət büdcəsinin bir hissəsi kimi Norveç hökuməti geoloji tədqiqatlara daha çox maliyyə vəsaiti ayırmağı nəzərdə tutub. Hökumət bu sahəyə 6,04 milyon dollar ayıracaq.

“offshoreenergytoday.com” saytının yaydığı məlumata görə, xüsusilə Barens dənizinin şimal hissəsindəki neft resurslarının xəritəsi hazırlanacaq.

“Resursların düzgün istifadəsi və milli iqtisadi maraqların qorunması baxımından geoloji tədqiqatların aparılması vacib məsələdir”,-deyə Norveçin yeni təyin olunmuş neft və enerji naziri Kjell Borge Freiberq bildirib.

Tədqiqatların ardınca seysmik məlumatların təhlili aparılacaq və Barens dənizinin geologiyası haqqında mühüm məlumatlar toplanılacaq. Tədqiqatlar xüsusilə dənizin Norveç və Rusiya sərhəd xəttində həyata keçiriləcək. Orada müəyyən neft ehtiyatının olduğu güman edilir.