Bu il Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft tədarükü keçən illə müqayisədə 2 milyon 200 min barrel çoxalaraq sutkada 60 milyon 200 min barrelə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA-ya görə, 2019-cu ildə qeyri-OPEC ölkələrinin neft təklifi 1 milyon 800 min barrel artaraq gündəlik 61 milyon 900 min barrel təşkil edəcək.