Bu gün Sankt-Peterburqda "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında işgüzar görüş keçirilib.
"Report" "Qazprom"un Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycana qaz tədarükü məsələsini müzakirə ediblər.
Qeyd olunub ki, "Qazprom" 2017-ci il noyabrın 22-dən - Azərbaycana qaz ixracı bərpa olunduqdan sonra respublikaya 1,15 milyard kubmetr qaz verib.
Tərəflər bu istiqamətdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.