15 oktyabr 2018 15:23
1653

“Novatek” təbii qaz istehsalını artırıb

Cari ilin yanvar-sentyabr aylarında Rusiyanın “Novatek” qaz şirkətinin təbii qaz istehsalı 6,3 faiz artaraq 50,3 milyard kubmetrə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, hesabat dövründə karbohidrogenlərin hasilatı isə 402,2 milyon barrel neft ekvivalenti, o cümlədən 50,31 milyard kubmetr təbii qaz, 8,775 min ton neft və qaz kondensatı təşkil edib. Ümumi karbohidrogen istehsalı isə 4,9 faiz və ya 18,9 milyon barrel artıb.

LNG daxil olmaqla şirkətin təbii qazın satış həcmləri 51 milyard kubmetr təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çoxdur. Bu ilin 9 ayında “Novatek”in beynəlxalq LNG satış həcmi 3,43 milyard kubmetr təşkil edib.

Sentyabrın 30-na “Novatek”in 2,4 milyard kubmetr təbii qaz, o cümlədən LNG və 645 min ton qaz kondensatı ehtiyatı olub.