29 oktyabr 2018 17:16
2158

Lyuis Hemilton beşqat dünya çempionudur

Mexiko avtodromunda Formula 1 Meksika Qran-Prisinə yekun vurulub.

“Red Bull” komandasının pilotu Maks Ferstappen turnirin qalibi olub. Çempionatın lideri Lyuis Hemilton isə finiş xəttinə dördüncü çatıb və bu nəticə sayəsində mövsümün sonuna iki mərhələ qalmış çempion tutulunu qazana bilib. Bu, onun karyerasında beşinci dünya çempionu tituludur. Sebastyan Fettel çempionatda vaxtından əvvəl ikinci yeri tuta bilib.

Konstruktorlar Kubokunda “Mersedes” komandasının “Ferrari” üzərində üstünlüyü isə 55 xal azalıb.