Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin yeni başçısı Vüqar Zeynalov kollektivə təqdim olunub.
Yeni icra başçısını kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.